Türkmənistanın Moskvadakı səfirliyində polis zabiti intihar edib

Moskvadakı Türkmənistan səfirliyinin qarşısındakı mühafizə postunda bir polisin cəsədi tapılıb.

APA bildirir ki, bu barədə Moskva Daxili İşlər Nazirliyinin baş qərargahının mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.

Hadisə yerinə gələn polis əməkdaşları nəzarət-buraxılış məntəqəsində növbətçi polis baş leytenantının cəsədini tapdılar.

Agentliyin məlumatına görə, polis intihar edib.

Faktla bağlı yoxlama aparılır, hadisənin bütün tərəfləri aydınlaşdırılır.