"Yuventus" karantinə alındı

"Yuventus"un futbolçusu Hamza Rafiya koronavirusa yoluxub.
"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, bu səbəbdən komanda karantinə alınıb. Bildirilib ki, testləri mənfi olan oyunçular məşq edə biləcək, ancaq qrup xaricində heç kimlə əlaqə saxlamayacaq.
Xatırladaq ki, "Yuventus" 2021/2022 mövsümü başlamazdan əvvəl "Monza" ilə yoxlama oyunu keçirməli idi. Görüş iyulun 31-nə təyin edilib. Baş verənlərdən sonra matçın keçirilib -keçirilməyəcəyi dəqiqləşdirilməyib.