Elçibəyin oğlu evləndi-FOTOLAR

Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqutun toyu olub. 

O, atasının həmkəndlisi, silahdaşı Mirhadı bəyin qızı Aytək xanımla ailə qurub. 

"Sherg.az" xəbər verir ki, iyulun 30-da onların oğlan toyu baş tutub. 

Toyun dəvətliləri sosial şəbəkələrdə fotolar paylaşıblar. Araşdırmaçı-jurnalist Cavid İsmayıl Ərturqut və xanımı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

"Bəy oğlu Bəy... Atamın 35 illik dostu Elçibəyin oğlu Ərturqut Əliyev evlənir".

Qeyd edək ki, iyulun 22-də Kələkidə cütlüyün qız toyu keçirilib.