““Help Turkey” dövlət- xalq birliyinə zərbə vurur" - Xarici  iz...

Türkiyənin Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun ölkədəki yanğınlardan danışıb.
Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. O, 35 vilayətdəki 129 yanğından 122-sinin nəzarətdə olduğunu bildirib.

F.Altun, həmçinin yayılan dezinformasiyalardan, sosial şəbəkələrdəki kampaniyalardan söz açıb:
“Xoş niyyətli hər addım xalqımızın birliyinin göstəricisidir. Amma bu axşamdan etibarən yayılan “Help Turkey” kampaniyası dövlətimizin nüfuzunu zədələməyə, dövlət- xalq birliyinə zərbə vurmağa hesablanıb. Bu, xaricdən idarə edilən təbliğatdır. Türkiyəmiz güclüdür. Dövlətimiz dimdik ayaqdadır”.
 Nazir vətəndaşları ancaq rəsmi məlumatlara inanmağa çağırıb.