ABŞ qoşunları yenidən Filippin ərazisində yerləşdiriləcək

Filippin hakimiyyəti ABŞ qoşunlarının bu ölkənin ərazisində yerləşdirilməsi haqqında müqaviləni bərpa edib. Qərar koronavirusa qarşı vaksinlərin tədarükünə minnətdarlıq əlaməti olaraq qəbul edilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Filippin Prezidenti Rodriqo Duterte məlumat verib.
O bildirib ki, ABŞ-ın “Moderna” şirkətinin yeni preparat partiyasını qarşılamaq üçün şəxsən hava limanına gedəcək.