Qadınlar arasında saçyoldu: ayırmaq əvəzinə... - Foto

İstanbul İstiqlal küçəsində qəribə hadisə yaşanıb. “Sherg.az” “Posta”ya istinadən bildirir ki, naməlum səbəbdən iki qadın yolun ortasında bir-birilərinə hücum ediblər.
Qadınlar bir-birilərinin saçlarından tutaraq yerdə sürüyüblər. Ətrafdakılar onları ayıra bilməyib. Bu vaxt bir nəfər qadınlardan birini ard-arda yumruqlayıb. Müdaxilə edən şəxslərin köməyi ilə həmin şəxs hadisə yerindən uzaqlaşdırılıb.
 İnsanlar olayı cib telefonlarına çəkiblər.