Xalq yazıçısı Çingiz Abdullayev televiziya kanallarının birinə verdiyi müsahibə gündəm olub. "Sherg.az" xəbər verir ki, aparıcının “Qarşınızda iki seçim olsaydı, cənnət, ya cəhənnəm, hansını seçərdiniz?" sualına yazıçının cavabı belə olub:
“Cəhənnəmi seçərdim. Mən onu demişəm. Ona görə ki, çəhənnəmdə kampaniya yaxşı olacaq. Çənnətdə kim var? Orada kiminlə danışacağıq ki? Çəhənnəmdə maraqlı qadınlar, kişilər olacaq. Burada görmədiyimizi cəhənnəmdə görəcəyik. Əgər məni eşidirlərsə, xahiş edirəm cəhənnəmə getməyimə yardım etsinlər”.
Xalq yazıçısı "Üzə-Düz" verilişində açıqlamaya aydınlıq gətirib:
"Mən o fikirləri söyləyəndə zarafat edirdim. Əslində zarafatın içərisində ciddi həqiqət var. İnsan cənnətə, yoxsa cəhənnəmə düşəcəyini bilmir. Ətrafındakılara qarşı rəftarın, həyat yaşayışın bunu təyin edəcək. Hara düşəcəyimizi Allah seçə bilər".