Bakıda 43 yaşlı kişi intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Sherg.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə aprelin 16-da paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Natiq Əzimov yaşadığı evin həyətində özünü asıb. Onun meyitini yaxınları aşkarlayıblar.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.