Azərbaycanda ilanbalığının qiyməti kəskin artdı

Azərbaycanda ilanbalığının qiyməti kəskin artıb.

“Qaynarinfo” xəbər verir ki, hazırda ilanbalığının bir ədədinin topdansatış qiyməti iki manat 20 qəpiyə təklif olunur. Bazarlarda isə bir ədədi üç manata satılır. 

Ötən il ilanbalığının bir ədədi 1,5-iki manat arasında olub. Satıcılar bunun səbəbini günbəgün artan bahalaşma ilə əlaqələndirib. Bundan əlavə satıcılar builki ilanbalıqlarının ölçüsünün də əvvəlki illərə nisbətən kiçik olduğunu deyirlər.