""Gənclik Mall"dakı "CinemaPlus"da "Əkinçi"dən "Çapar"a layihəsi çərçivəsində kitab təqdimatı keçirilib. Məndən əlavə 10 müəllifin də kitabı nəşr olunmalı idi".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış yazıçı Kənan Hacı deyib. O bildirib ki, təqdimatın baş tutmamasına səbəb mətbəənin məsuliyyətsizliyi olub:
""Çapar" yayımlarının heç bir günahının olmadığını müəyyənləşdirdik. Əlbəttə, istənilən halda arzuedilməz durum idi. Məlum oldu ki, mətbəə işə səhlənkar yanaşıb. Kitabın içi, üz qabığı çap edilib, amma yapışdırma, cildləmə prosesi hələ qalıb. Ona görə də kitab sərgiyə çatdırılmayıb. Romanın təqdimatı daha sonra baş tutacaq".