Bölgələrdə rəqəmsal uçurum və həlli yolları

 Rəqəmsal mühit nədir?
 Son dövrlərdə daha çox eşitdiyimiz anlayışlardan biri olan rəqəmsal mühit data məlumatlarının online üzərindən saxlanılması, ötürülməsi, üzərində işlənməsi və.s proseslərinə imkan yaradan platformadır.
 İnkişaf edən texnologiyalardan istifadə bacarıqları rəqəmsal mühitə girişin açar rolunu oynayır. Rəqəmsal savadlılığın olması isə bu mühitin təməl daşıdır.
 Rəqəmsal savadlılıq dedikdə nə başa düşülür?
 Hazırda əyani formada əldə etməkdə əziyyət çəkdiyimiz data məlumatları ilə bağlı proseslərin online formada həyata keçirilməsi təmin olunur.
"Asan xidmətin gələcəkdəki məqsədi bütün fəaliyyətlərini online üzərindən həyata keçirməkdir".  (Emin Musavi)
 Ancaq bu proseslərin harada, necə, hansı tələblərlə, hansı qurumlar tərəfindən keçirilməsi hər kəsə məlum deyil. Rəqəmsal savadlılığın əsas məqsədi isə insanlara bu sualların cavablarını almaqda düzgün və anlaşılan istiqaməti verməkdir. Rəqəmsal savadlılıq səviyyəsi paytaxt ərazisində keçirilən seminarlar, konfranslar, təlimlər, maarifləndirici qurumlar hesabına müəyyən səviyyədə var və inkişaf etməkdədir. "Rəqəmsal jurnalistikaya doğru" təlimləri də məhz bu qəbildəndir. Jurnalistlərin bilik səviyyəsinə uyğun rəqəmsallaşma ilə bağlı lazım olan anlayışlar onlara öyrədilir və cəmiyyətin “görən gözü”, “danışan ağzı”, “eşidən qulağı” olaraq bu məlumatların hər kəsin anlayacağı şəkildə izahını xalqa ötürməsini istəyir. Təəssüf ki, bölgələrdə bu istiqamətdə bir sıra imkanlar yaradılsa da, insanların rəqəmsal bilik səviyyəsi bəzi problemlərdən dolayı aşağıdır:
1)Savadlılıq və gəlir səviyyəsinin aşağı olması;
2)Ərazi üzrə yerləşmə;
3)Texnologiyadan istifadə motivasiyasının olmaması;
4)Texnologiyalara əlçatanlılığın olmaması;
5)Rəqəmsal bacarıqların aşağı səviyyədə olması.
 Bəs bölgələrdəki insanlar "rəqəmsal uçurumun" aradan qaldırılması yollarını nədə görür?
 Bölgələrdə keçirdiyim online sorğuya əsasən, insanların hökumətlə daha yaxşı kommunikasiya yaratması üçün ilkin anlayışlarını və təkliflərini öyrəndim:
1)"Şəbəkə tutmur" ifadəsi bölgələrdə hərkəsin dillər əzbəridir. İnternet əlçatanlığının yaradılması;
2)"Mənə balıq tutub vermə, balıq tutmağı öyrət." Hər bölgədə rəqəmsal proseslərin aparılması üçün ümumi istifadəyə verilən texniki avadanlıqların və təlimçilərin təşkili;
3) "İşin icrasına gəldikdə, hər şey kağız üzərində qalır." Bu fikirdən çıxış edərək deyə bilərik ki, inam hər şeydir. İnsanların hər hansı bir yerə qeyri-qanuni ödəniş etmədən, online, qanuni formada problemlərinin həll olunacağına inandırmaq istiqamətində addımlar atılmalıdır;
4)"Qrip virusu"- cəmiyyətdə müəyyən status (həkim, müəllim, təqaüdçü və.s) daşıyan yerli əhaliyə, təlimlər keçirilsin. Beləliklə, “virus” əsas şəxslərdən digərlərinə "yayılır";
5)Gələcəyi düşünərək, rəqəmsallaşmağa doğru getdiyimizi nəzərə alıb, məktəb və universitetlərdə bu barədə praktiki fənn tədris olunsun;
6) "İnsanlar özlərinə əziyyət verib nəyisə araşdırmaq istəmir." Telefon nömrələrinə rəqəmsal portallarda istifadəylə bağlı asan dildə izahı olan video çarxlar, məlumatlar göndərilsin
7)Sosial Mediada elektron portalların PR-ı gücləndirilsin;
8)Xüsusi təlim keçilmiş insanlar evlərə yönəldilsin. Elektron xidmətlərlə bağlı əhalini maraqlandıran suallarla tanış olsun və elektron hökumət portalları tərəfindən həlli üsulunu müəyyənləşdirilib, köməklik göstərsin;
9)Televiziyada baxımlı verilişlərdə bir saat "rəqəmsal saat" başlığı ilə bu haqda maarifləndirici məlumatlar verilsin.
Elektron Hökumətin İnkişafı Mərkəzinin də öz növbəsində bu istiqamətdə həyata keçirdiyi bir sıra tədbirlər mövcuddur:
Birbaşa kommunikasiya vasitələri
1) "Hamı üçün e.gov" lahiyəsi müxtəlif istiqamətlər üzrə təlimçilərlə birlikdə regionlara səfərlər keçirir. Həmin rayonun ictimai-sosial həyatında aktiv olan şəxslərlə görüşlər keçirib, elektron xidmətlər barəsində məlumat verilir. Yəni bir növ, "Training of trainers"- bütün qapıları gəzərək, hər kəsi məlumatlandıra bilmədiyimizə görə, təlimçiləri öyrədərək onların da öz ətrafını məlumatlandırmasını təmin edirik.
2)"Təcili Rəqəmsal yardım" geyimli könüllülər-regionlardakı ASAN xidmətlərdə fəaliyyət göstərərək, əhalidən həm məlumat-sorğu götürür, həm də, elektron xidmətlərlə bağlı olan çətinliklərdə onlara kömək edir.
3)Rəqəmsal xidmət pəncərələri-Burada Elektron Hökumətin İnkişafı Mərkəzi əməkdaşları xidmət göstərirlər. İnsanlar hər hansı elektron portalla bağlı çətinliklərini deyib, kömək istəyə bilərlər.
Ümumi, kütləvi kommunikasiya alətləri:
4)ASAN radioda- bütün bölgələrdə yayımlanan "Rəqəmsal Azərbaycan" verilişi. Rəqəmsal məlumatlarla bağlı maarifləndirici verilişdir;
5)Xidmətlərlə bağlı televiziya kanallarına tez-tez reportajlar verilir;
6)Sosial media hesablarında sualların operativ cavablandırılması.
 Qeyd etmək lazımdır ki, əhalinin rəqəmsal platformasının qurulması istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün bölgələrdə "Online Azərbaycan" lahiyəsini həyata keçirir. Lahiyənin məqsədi bölgələrdə hər bir evə keyfiyyətli internet verilməsini nəzərdə tutur. Yaxın 2 ilə lahiyə başa çatdırılması gözlənilir.
 Yaradılan imkanlardan sonra insanların üzərinə düşən əsas öhdəlik, araşdırma aparmaq və özümüzə lazım olanı tapmaqda çətinlik çəkdiyimiz halda aidiyyatı üzrə müvafiq qurumlara müraciət etməkdir.
Mənbə:
▪︎Bölgələr üzrə online sorğu
▪︎Emin Musavi-"Ənənəvi mediadan rəqəmsal mediaya" təqdimat
▪︎Osman Gündüz-müsahibə
▪︎Orxan İsmayılov-müsahibə
▪︎Soltan Bayramov-"Rəqəmsal hökumət: qlobal trendlər və çağırışlar" təqdimat

Kərimova Nübar 06.11.2022

Bu məqalə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.