Gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri və “Qısa siyahı”sı açıqlanıb

TEAS Press Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin ikinci seçim mərhələsinin nəticələri bəlli olub. Münsiflər heyəti ikinci mərhələnin“Qısa siyahı”sını müəyyənləşdirib. İlk beşliyə daxil olan həmin əsərlər bunlardır (sıralama şərtidir):

1. Abbaszadə Əfrail (“Mənguberdi”)
2. Əşrəfov Əşrəf (“Gecənin ən qaranlıq anı”)
3. Həmzəyev Seymur (“Nikolas Bonnet – Şərqə aparan hekayə”)
4. İsmayılov Elay (“Günah kolleksioneri”)
5. İsmayılov Pərvin (“Xanədan”)
 
Müsabiqənin  yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.
– I yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək,qalibmüəllifin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.
– II yerin sahibinə 1500 (min beş yüz) AZN məbləğində pul mükafatı veriləcək.
– III yerin sahibinə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri 2022-ci il dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, TEAS Press Nəşriyyat evininbu layihəni həyata keçirməkdə əsas məqsədiyeni imzaların üzə çıxarılmasına və gənc yazarlarıntanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfəverməkdən ibarətdir.