Türkiyədə Yunus Oğuzun "Cığır" romanının təqdimatı keçirilib

Türkiyənin Ankara şəhərində yazıçı-publisist Yunus Oğuzun Anadolu türkcəsində işıq üzü görən "Cığır" romanının təqdimatı keçirilib.
"Sherg.az"xəbər verir ki, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Məslək Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində qardaş ölkə Türkiyədən və Azərbaycandan tanınmış ədəbiyyatçılar, nüfuzlu ziyalılar iştirak ediblər.

Çıxış edənlər "Cığır" romanında Şuşanın 270 il əvvəl yaradıldığı gündən 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən düşməndən azad edildiyi günə qədərki tarixindən bəhs  olunduğunu bildiriblər.
Qeyd edilib ki, əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addımdır.