Bir müddət əvvəl əməliyyat olunan ustad şair Məmməd İsmayıl hələ də xəstəxanadan evə buraxılmayıb.
Bu barədə “Sherg.az”a şairin oğlu Ülvi İsmayıl məlumat verib.
O bildirib ki, atası bir-iki ay da xəstəxanada müalicə olunacaq.
Qeyd edək ki, şair özü bir müddət öncə Feysbukda paylaşdığı statusda Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.