96 yaşlı ustad görkəmli şair, dramaturq, tərcüməçi və publisist Vidadi Babanlıdan xəbər var.
“Sherg.az” Əməkdar incəsənət xadimi ilə əlaqə saxlayıb necə olduğunu öyrənmək istəyib.
Telefonumuza cavab verən ustad yazıçı ailə üzvü onun sağlamlıq durumundan danışıb:
“Səhhəti yaxşıdır, indi yatıb. Çox sağ olun, heç bir problem yoxdur”.
Qeyd edək ki, publisist özü daha əvvəl müsahibələrində görmə qabiliyyətinin həddindən artıq zəiflədiyini demişdi.