Bəzi KİV-də arxasına məişət əşyaları yüklənən Tibbi Tibbi Yardım avtomobilinin Səhiyyə Nazirliyinə məxsus olması barədə məlumatlar yayılıb.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sözügedən avtomobil nazirliyə məxsus deyil:
"Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi olur, yayılan şəkildəki avtomobilin üzərində isə bort nömrəsi yoxdur. Eyni zamanda, Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər isə göy rəngdədir".
Məlumatda bildirilib ki, avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər.