Sürücülərin diqqətinə: Bu yollar rənglənəcək 


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimiüfüqi nişanlanma xətlərinin rənglənməsi aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, rənglənmə işləri gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində də aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.