MN: "Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur"


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərlərinə reaksiya verib.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.

Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.

“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”,-deyə Müdafiə Nazirliyi bəyan edib.