“Yaxın günlərdə 300 yeni avtobus xəttə buraxılacaq”.
Bu sözləri Lent.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, cənab prezidentin müvafiq sərəncamı ilə gətirilən avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi yerlər hazırda müzakirə olunur:
“Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə də ən çox şikayət olunan istiqamətlərə veriləcək”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 300 avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkətidir. İki qurum arasında 2018-ci il oktyabr ayının 23-də müqavilə bağlanılıb.