Prezident İlham Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısı Meksika Birləşmiş Ştatlarına da səfir təyin edib.
Prezidentin sərəncamı ilə Məmməd Afiq oğlu Talıbov Meksikada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunub.