Moskvadan Mineralnıye Vodıya uçan təyyarədə iki qadın əlbəyaxa olub.
Virtualaz.org “RİA Novosti”yə istinadən bildirir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
İ.Volk bildirib ki, münaqişə zamanı bir qadın digərinə baş nahiyyəsindən xəsarətlər yetirib: “Hava gəmisinin komandiri polis əməkdaşlarına məlumat verib ki, münaqişə zamanı qadınlardan biri o birinin baş nahiyəsinə xəsarət yetirib. Onlar davanı sakitləşdirməyə çalışan ekipaj üzvlərini də təhqir edib”.
Təyyarə eniş edəndən sonra qadınlar polis bölməsinə aparılıb.