Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin edilib.
Oxu.Az xəbər verir ki, yeni rəis ədliyyə polkovnik-leytenantı Asif Quliyevdir.
Yeni rəis bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.
O, yeni işində ədliyyə polkovniki Ruslan Rəsulovu əvəz edib.