Ağcəbədidə 60 yaşlı kişi faciəvi şəkildə ölüb.
APA -nın məlumatına görə, hadisə rayonun İsmət Qayıbov küçəsində baş verib.
1949-cu il təvəllüdlü Elman Həsənalıyev yaşadığı evin həyətindən keçən su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vuraraq arxın içinə yıxılıb. Qardaşı Həsən Həsənalıyev onun meyitini arxdan tapıb.
Faktla bağlı Ağcəbədi rayon Prokurorluğunda cinayət işi başlanıb.