Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general mayoru Elxan Həsənov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.