Bakının Nizami rayonunda 21 yaşlı qız itkin düşüb.
Oxu.Az xəbər verir ki, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yaşayan 1998-ci il təvəllüdlü Şəms Abduləliyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun anası Səidə Abduləliyeva məlumat verib.
Faktla bağlı araşdırma aparılır.