Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında enerji içkilərindən söz açıb. Modern.az xəbər verir ki, Z.Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu deyərək, maarifləndirmə işlərinin aparılmasını vacib sayıb:
“Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”.
O qeyd edib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.