50 yaşlı ömürlük məhkum öldü

Bakıda məhbus ölüb.

APA -nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada müalicə alan, xərçəng xəstəliyindən əziyyət çəkən ömürlük məhkum, 50 yaşlı Əliyev Məhərrəm Heydər oğlu dünyasını dəyişib.