Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işləri başa çatıb 

"Əhalinin siyahıyaalınması ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə tam başa çatdırılıb. Artıq oktyabrın 1-i saat 00:00-dan əhalinin siyahıyaalınmasına başlanılıb".

APA -nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Bakı Dəmir Yolu Vağzalında gecə reysləri ilə gedən insanların siyahıya alınması həyata keçirilib. Bu gün səhər saat 08:00-dan başlayaraq isə mənzillərə gedilərək əhalinin siyahıyaalınmasına başlanılıb.