ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

ABŞ səfirliyi 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

APA -nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Yenidən əldə olunmuş müstəqilliyin 28-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqını təbrik edirik. Bu münasibətlə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”, - deyə qeyd olunub.