Azərbaycanda daha bir qız qaçırıldı

Tovuz rayonunda 18 yaşlı qız qaçırılıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Belə ki, Abdal kənd sakinləri – 27 yaşlı Tural Zeynalov tanışları 25 yaşlı Mehman Qasımov və 23 yaşlı Pərviz Musayevlə birlikdə evlənmək məqsədi ilə qız qaçırıb.

Əhmədabad kəndinə gələn dostlar kənd sakini Şəbnəm Məmmədovanı zorla maşına mindirərək Gədəbəy rayonunun Tərsyer kəndinə aparıblar.

Qızın yaxınlarının şikayəti əsasında polis hadisəni törədən T.Zeynalovu, M.Qasımovu və P.Musayevi şübhəli şəxs qismində saxlayıb.

Fakt araşdırılır.