Katoliklərin ruhani lideri Papa Fransisk Türkiyəyə gələcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Papa Fransisk bu gün verdiyi açıqlamada, gələn il Xristian Kilsəsinin birinci şurasının ildönümündə Türkiyənin İznik şəhərinə səfər etməyi planlaşdırdığını bildirib.
“Müqəddəs il ərzində ilk böyük Ekumenik Şura olan Nikea Şurasının 1700 illik yubileyini qeyd etmək imkanımız da olacaq. Roma Papası ilahiyyat komitəsində çıxışında "Mən ora getməyi planlaşdırıram" deyib.