Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Oxu.Az xəbər verir ki, o, fikirlərini “Twitter” hesabında yazıb:
“Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.