Azərbaycanın müdafiə xərcləri artırılacaq

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait ayrılacaq.

APA -nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 20,09 faiz, yaxud 666 milyon manat çoxdur. Bu il dövlət büdcəsində müdafiə xərcləri 3 milyard 187 milyon 600 min manat proqnozlaşdırılıb.