140 metrlik rus tankeri türk qayığını batırdı

Rusiyadan gələn 140 metr uzunluqda böyük tanker Qara dənizdə Türkiyənin Dursun Əli Coşqun adlı balıqçı qayığı ilə toqquşub.

Axar.az xəbər verir ki, hadisə nəticəsində qayıq batıb.

Qayıqdakı 6 nəfərdən 3-ü xilas edilib, digər 3 nəfərin axtarışlarına başlanılıb.

Məlumata görə, Rusiya bayrağı asılmış “Qlard 2” tankeri kimyəvi maddə daşıyırmış.