Dünya gözünü açsın: “Metsamor təhlükə mənbəyidir” - Yeni Çernobıl! 

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir. Belə ki, onlar stansiyasının fəaliyyət müddətini nəzərdə tutulandan daha 5-10 il uzatmaq istəyir.

Metsamor hər an partlamağa hazır olan bombadır. Hazırda fəaliyyət göstərən stansiyanın ikinci bloku 1980-ci ildə istifadəyə verilib. Ermənistan tərəfi stansiyanın 1989-1995-ci illər ərzində 6 il çalışmadığını nəzərə alaraq, “Metsamor”un fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmağı planlaşdırırlar.

Metsamorun Qafqaz regionunda yerləşir. Ona görə də, onun yaratdığı, yaxud yaradacağı təhlükənin miqyası ağılagəlməzdir.  Hətta bölgə üçün Çernobıl faciəsi yaşada bilər.



Mövzu ilə bağlı "Sherg.az"a danışan  politoloq  Tofiq Abbasov açıqlamasında bildirib ki, Ermənistan özünü çıxılmaz vəziyyətə salıb:

"Nə onlara tərəf baxan, nə də sərmayə yatıran var. Dəvət etdikləri investorların gəlişinə də nail ola bilməyəcəklər. Onları ən çox qayğılandıran problemlərdən biri enerji qıtlığıdır.

Sovet dövründə "Metsamor"u qəzalı  vəziyyətdə olduğu üçün  dayandırmaq qərarını vermişdilər. Sonradan Rusiya dövlət atom şirkəti "Rosatom" Ermənistanın  xahişi və təkidi ilə oraya bir qədər sərmaya qoydu.

Həmçinin texnoloji yenilənmə apardı. Eyni zamanda vəd verdilər ki, artıq işlədə bilərlər. Çünki Azərbaycan və Türkiyə  Ermənistanla enerji mübadiləsini dayandırmışdı. Ağır durumda olduqları üçün ruslar onlara yardım etdi".

Politoloqun sözlərinə görə,  stansiya müasir tələblərə cavab vermir:

"Mənəvi baxımdan stansiya öz resursunu artıq yeyib, necə deyərlər, üstündən də su içib. İstifadə ediləm avadanlıqlar da arxaikdir, köhnəlib. Həqiqətən böyük təhlükə mənbəyidir. Metsamor AES bütün Avrasiya məkanın böyük arealının problemidir. Çernobıl hadisəsi kimi, bu da canlı varlıqlara təhlükədir. Dünya bu məsələyə göz yummalı deyil.

Ermənistan böyük risklərlə özünü dolandıra bilmək üçün  köhnəlmiş texnologiyaları yenidən işə salmağa çalışır.  Azərbaycan,  Rusiya, Gürcüstan və İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldurlar. Prosesi uzatmaqla problemin həlli tapılmır, baş verəcək fəlakət təxirə salınır.

Ermənistan sağlam başla, siyasi təffəkkürlə yanaşmalıdır. Əgər orada partlayış baş versə, elə ermənilərin özü batacaq.  Necə ki, batıblar..."