Qazaxıstanda televiziya vasitəsilə elan edildi! -  Təcili əməliyyatlar başlanır!

Qazaxıstan televiziyasının fövqəladə yayımı zamanı antiterror əməliyyatının başlandığı elan edilib. 
“Sherg.az” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentlik bildirir ki, yerli sakinlərə bu zaman evdə qalmaq tövsiyə olunub.
Qazaxıstanda avtomobillərin qaz qiymətinin 60 təngədən 120 təngəyə qalxması ilə bağlı etirazlar yanvarın 2-dən başlayıb. Eyni zamanda, etirazçılar sonradan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi, yeni seçkilərin keçirilməsi və parlamentin buraxılması tələbləri ilə iğtişaşlar törədiblər. Ən ciddi toqquşmalar ölkənin keçmiş paytaxtı Almatıda baş verib.