Qazax əsilli avtoritet “Arman Dikiy”in VİDEOÇIXIŞI: “Qoy, türk dünyası güclü olsun” 

Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan qazaxıstanlı avtoritet Arman Cumaqeldiyev aylar əvvəl Türkiyədə çıxış edib. Feysbuk sosial mediasında onun videosu yayılıb. O qeyd edib:
“Qazaxlara güc, Azərbaycana Qarabağda qələbə arzulaylıram. Qoy, Türkiyə, türk  dünyası, Azərbaycan güclü olsun. Allah bizim lider kimi tanıdığımız Ərdoğana can sağlığı versin. Türklər, qazaxlar hamımız qardaşıq və birik. Türklər qazaxları, qazaxlar da türkləri çox sevir.

Videonu təqdim edirik:
 


Məlumat üçün bildirək ki, Qazaxıstanda iğtişaşlar başlayandan sonra Türkiyədən ölkəyə gələn kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev saxlanılıb. Bu barədə “Sputnik Live” məlumat yayıb. Bir sıra KİV-nin məlumatına görə, onun Qazaxıstanda etiraz aksiyalarının və təhlükəsizlik qüvvələrinə silahlı hücumların əsas təşkilatçılarından biri olduğu ehtimal edilir. 
Qeyd edək ki, o, avqustun 20-də Antalyada güllələnən Lotu Quli ləqəbli avtoritet Nadir Səlifovun və məşhur türkiyəli mafiya başçısı Sedat Pekerin yaxın dostudur.