“Təhlükəsizlik qayğıları, regional maraqların üst-üstə düşməsi ilə bağlıdır”
Azərbaycan-İsrail münasibətləri irəliləyən xətlə inkişaf edir. İsrail-Azərbaycan münasibətlərinin strateji və hərbi-texniki tərəfdaşlıq xarakter daşıyır. İki ölkənin hökumətlərarası Komissiyasının yüksək səviyyədə etimad və daimi qarşılıqlı dialoqa malikdir. Elə bu gün Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.
Qeyd edək ki, aprelin 8-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tərəflərin münasibətlərini "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycan-İsrail əlaqələrinin perspektivi çox genişdir. Təhlükəsizlik qayğıları, regional maraqların üst-üstə düşməsi ilə bağlıdır:
"Enerji diplomatiyası, silah alış -verişi, birgə fəaliyyət, beynəlxalq təşkilatlardakı maraqlar, yəhudi - Azərbaycan diaspor lobbisinin qarşılıqlı əməkdaşlığı çox çeşidli tərəfləridir. İsrail inkişaf etmiş ölkədir. Bütün sahələri yüksək texnologiyalarla təchiz olunub.
Rusiya Ukrayna müharibəsi fonunda dünyanın durumu gərgindir, qaranlığa doğru getməkdədir. İsraillə münasibətlər, kənd təsərrüfatında innovasiyaların tətbiqi şübhəsiz ki, gələcəyə yönəlik daha güclü tərəfdaşlıq ortaya çıxardacaq.
Bu əlaqələr bizim bölgədə güclülüyümüzü, Yaxın Şərqə yönəlik yüksək standartları şərtləndirir. İsrail 1946-ci ildə yaradılıb. Uzun illər ölkəmizdə etnik azlıq kimi yəhudilərə hörmət göstərilib.
Tarixi fakt özünü gələcək münasibətlərə də daşıyır. Torpaqlarımızın işğalı, həmçinin azadlığına qovuşduğu dönəmdə Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi kontekstində İsrail mühüm rol oynayıb. O, bizim strateji müttəfiqimizdir".