Əksər vaxt ölkəmizdə vacib beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı qara PR və informasiya kampaniyalarının getdiyi diqqətdən qaçmır.
Ölkəni beynəlxalq informasiya məkanında neqativ fonda göstərəcək “süni gündəm” yaratmaq cəhdləri həmişə olub, indi də davam edir.
Tarixi vərəqləsək, 2012-ci ildə keçirilən “Avroviziya” müsabiqəsi ərəfəsində Bayılda iki binanın sakinlərinin köçürülməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüququnun pozulması mövzusu, 2015-ci ilin Avropa oyunları dövründə Guardianın əməkdaşı Owen Gibsona, özünü Red Pepper nəşrinin əməkdaşı kimi təqdim edərək saxtakarlıq törədən Emma Hyuza akkreditasiya verilməməsi, Formula-1 yarışları ərəfəsində sanki sifariş verilibmiş kimi itlərə qarşı qəddarlıq hallarının baş verməsi və videokadrların tirajlanması, 2018-ci ildə futbol üzrə Avropa Liqasının Bakıda keçirilən final oyunu ərəfəsində "Arsenal" klubunun oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsinin gündəmə və Azərbaycanın ittiham hədəfinə çevrilməsi, həmçinin mühüm beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlər ərəfəsində ölkəmizin əleyhinə neqativ informasiya kampaniyaları gerçəkləşmişdi.
Hər dəfə Formula l yarışması ərəfəsində “heyvanlara qarşı qəddarlıq” mövzusu gündəmə gətirilib. Küçələrdə itlərin öldürülməsi haqda məlumatlar ictimailəşdirilərək bunun ətrafında böyük beynəlxalq kampaniya qurulub.
Elə yaxın günlərdə Azərbaycanda 3 beynəlxalq tədbir keçiriləcək – Texnofest festivalı, Formula-1 yarışması və Qlobal Bakı Forumu. Artıq mətbuatda rayonlardan birində itlərin öldürülməsi xəbəri tirajlanmağa başlayıb.
Süni gündəm yaratmaq cəhdi kimi bir neçə gün əvvəl Bakının mərkəzinə LGBT bayraqları altında aksiyanı da misal göstərmək mümkündür. Sözügedən aksiyadan sonra bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda LGBT hüquqlarının pozulması barəsində silsilə bəyanatlarla, xarici media isə materiallarla fikirlər səsləndiriblər.
İndi də belə mövzulardan daha aktiv şəkildə sui-istifafə olunacağı ehtimalı böyükdür. Görəsən, bu dəfə harda itləri güllələyəcəklər, yaxud da hansısa ictimai fəala, jurnalistə qarşı nə isə törədiləcək, kiminsə burnu qanıyacaq və ya ayağı sürüşüb yıxılacaq və s.
Hər dəfə təkrarlanan hadisələri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin qənaətincə, Azərbaycanda güclü mərkəzləşdirilmiş hakimiyyət olduğuna görə, ölkəmizə təsir göstərə bilmirlər:
"Təyziq imkanları da yoxdur. Belə bir məqamlarda müxtəlif həssas nöqtələri irəli çıxarmağa çalışırlar. İnsan haqları, demokratiya kontekstində izah etmək səyləri göstərirlər.
Birincisi, Azərbaycana məxsus ailə təməllərinin sıradan çıxarılması, LGBT ideyalarının təbliği ilə bağlıdır. Azərbaycanlı adını qoruyan məhz ailə xarakteriskasıdır. Əgər sadaladıqlarım sıradan çıxarsa, ailədən olmayan azad və xaosa yönəlik fərdlərin, məsuliyyətsiz vətəndaşların dolaşdığı cəmiyyətlə üz-üzə qalarıq. İnsan və hüquq azadlıqları kontekstinə zidd məsələlərdir.
Siyasi məhbus kimi müəyyənləşən, rüşvətə yol verib, xuliqanlıq , cinayət törədən, hərəkətləri qanundan kənar şəxslərin leqallaşdırılması və ölkəmiz əleyhinə onların timsalında hərəkət başladılmasına nail olurlar.
Məsələnin mahiyyətində ciddi faktor dayanır. Bakıda doğulmuş azərbaycanlı şahmatçı Harri Kasparovun rəhbərlik etdiyi fond, təşkilat böyük vəsaitlə Amerikadakı ANKA-“Erməni Milli Assosiasiyası”ndan mailiyyələşirlər. Həm də Azərbaycana qarşı psixoloji və informasiya savaşının əsas atributlarındandılar. Həmin qüvvələr ölkəmizin əleyhinə fəaliyyət göstərməkdən bir addım geridə durmurlar".