Nəsli kəsilmişlərin genini və təkamülü araşdırdı...


Və tibb üzrə Nobel mükafatına sahib oldu

  2022-ci il Nobel Tibb mükafatı sahibinə təqdim edilib. “NTV.com.tr” xəbər verir ki, isveçli bioloq Svante Paəbo tibb üzrə Nobel mükafatının builki sahibi olub. Nobel Komitəsindən verilən məlumatda qeyd edilib ki, S.Paəbo insan təkamülü və nəsli tükənmiş canlıların genlərinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. Tibb üzrə Nobel mükafatı dünyanın ən nüfuzlu mükafatıdır. COVİD-19 virusu səbəbiylə tibb sahəsində mükafat almaq daha da nüfuz qazanıb. Tibb üzrə Nobel mükafatçısına 10 milyon İsveç kronu – 16 milyon 700 lirə pul veriləcək.