Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə olunacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə AI Şurası məlumat yayıb.
Bildirilib ki, iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
“Xarici İşlər Şurası son hadisələrə, təhlükəsizlik və müdafiə sahələrində sürətlə dəyişən vəziyyətə diqqət yetirərək cari məsələləri müzakirə edəcəklər. Nazirlər Moldova və Gürcüstanda baş verən hadisələrə də toxunacaqlar” - deyə məlumatda qeyd olunub.