"Ərdoğan-Putin görüşündə əsas gündəm məsələləri müzakirə olunacaq"
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Analitik bildirib ki, ilk danışılacaq mövzunun Ukrayna məsələsi olacağını düşünürəm:
"Kiyev də sülhə nail olmaq Türkiyənin çox marağındadır. Rəsmi Ankara çalışır ki, Ukrayna müharibəsi davam etməsin. Daha sonra isə hər iki ölkənin ortaq maraqları müzakirə olunacaq.
Bunlar təbii qazın qiyməti, Türkiyənin moderatorluğu ilə blokadada qalan taxılın ixraci, Şimali Afrika ,Liviya və Suriyada Moskva-Ankara münasibətləridir. Biz bilirik ki, Türkiyənin Suriyadakı ekspansiyasında Kreml əhəmiyyətli mövqe tutur. Bundan başqa Türkiyə açıq şəkildə 5-li sülh müqaviləsinə çalışdığını elan edir.
Burada ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Rusiyanın daxil olduğu bir konfransa çağırış var. Başqa mövzu isə Qara dəniz, Qafqaz və Xəzər dənizi olacaq. Xüsusən də Azərbaycan və Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılacaq.
Burada isə Rusiyanın münaqişənin həlli məsələsini Qərblə və Avropa ilə bölüşmək istəmədiyini düşünürəm. Ona görə ki rəsmi Moskva Brüssel və Praqa görüşlərinə həssas yanaşır. Lakin eyni zamanda Kreml Ankaranın regiondakı varlığını qəbul edir.
Ona görə də Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən ibarət dörtlü müzakirəyə heç bir etiraz etməyəcək. Ola bilsin ki, Ukraynada Türkiyənin əli ilə ortaq yol tapıldıqdan sonra, Azərbaycan - Ermənistan münaqişəsinin həllində də yeni addımlar atılsın.
Çünki rəsmi Ankara artıq həm qaz, həm taxıl, həm də Ukraynadakı sülh məsələsi ilə bağlı uğur əldə edib. Onun Qarabağ məsələsinə də uğurlu təşkilatçılıq edəcəyini ümid etmək olar".