Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında imzalanmış dörd sazişi təsdiqləyib.
Qərara əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş , “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.
Bu addımın Özbəkistan Azərbaycan münasibətlərinə böyük töhfə verəcəyini deyən politoloq İlqar Vəlizadə “ Sherg.az”a bildirib ki, bizim türkdilli ölkələrlə daha sıx əmədaşlıq etmək niyyətimiz var:
“Son zamanlarda türkdilli ölkələr arasında iki tərəfli səfərlər xeyli çoxalıb. Çünki son illərdə bu ölkələrin biri-birinə münasibəti daha da inkişaf edir.
Dünya ölkələri arasında siyasi münasibətlərin pozulduğu bir ərəfədə Azərbaycan və digər türkdilli ölkələr sadiq tərəfdaş axtarışında idi. Biz artıq biri-birimizi tapmışıq.
Çünki hamımızın kökü və geosiyasi vəziyyətə baxışı eynidir. Ona görə də son zamanlarda biri-birimizə dəstəyimiz və asılılığımız artır.
Son olaylar göstərir ki,Qazaxıstan və Türkmənistan Azərbaycan vasitəsi ilə neftini Avropaya nəql etmək istəyir. Bundan başqa isə Çinlə Avropanı da bizim ölkələrimiz əlaqələndirir. Bu səbəbdən də biz bir olmalıyıq.
Bunun üçün isə vahid iqtisadi-siyasi platforma yaradılmalıdır. Özbəkistanla olan sənədlərin təsdiqi və müxtəlif sahələrdə əmakdaşlıq isə birliyimizin daha bir nümunəsidir. Bu əməkdaşlığın konkret nəticələr verməsi hər iki ölkənin xeyirinədir”.