Qırğızıstanda Heydər Əliyevin adını daşıyan təhsil-tərbiyə kompleksində şəxsiyyətlər yetişəcək” 

Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub. Ölkə başçımız İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. Dövlət başçımız Heydər Əliyevin xatirəsinə belə yanaşmaya görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına təşəkkürünü bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bu barədə “Sherg.az” a danışarkən bildirib ki, qırğızlar türk qardaşlarımız və həm də ulu öndər Heydər Əliyev bizim onlarla ortaq tariximizin böyük şəxsiyyətidir: 

“Bu addım çox təbii və təqdirəlayiqdir. Cənab Prezident orda çıxışında da qeyd etdi ki, təhsil, bilik insanların cəmiyyətdə layiqli yer tutması üçün imkan yaradır. 

Şübhəsiz ki, Heydər Əliyevin adını daşıyan bu təhsil-tərbiyə kompleksində gələcəkdə türk dünyasının idarə olunmasında, tarixində iz buraxacaq şəxsiyyətlər yetişəcək. 

Buna heç bir şübhəm yoxdur. Qırğızıstan ölkə başçısı S.Japarovun özü də çıxışında gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlərin çıxacağına ümidvar olduğunu bəyan edib. Belə bir  təşəbbüsü ancaq alqışlamaq olar”.