“Emənistan sülh sazişini sabotaj edə biləcək bir vəziyyətə gəlib”

“Onlar xüsusən də, həmin ərazidə olan Azərbaycan Silahlı Qüvvələrini böyük çapda əməliyyata qarşılıq verməyə məcbur edəcəklər”

“Nəticə etibarilə yeni dislokasiya rayonlarımız yaranacaq. Bu Ermənistan tərəfindən hesablanmış böyük oyunun hissələridir" 


Təminat daşıyan texnikamız erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd “KamAZ” markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb. Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. 

 Hərbi ekspert Elxan Şıxəliyev hadisəni "Sherg.az"a şərh edərkən bildirib ki, bölmələrimizə təminat daşıyan avtomobilin atəşə məruz qalması təsadüfi deyil:  

“Həmin ərazidə infrastruktur elə qurulub ki, bölmələrimizin döyüş mövqelərini və istifadə olunan nəqliyyat vasitələrinin çoxunu Ermənistan silahlı qüvvələri müşahidə və atəş altına ala bilər. 

Bəzi marşrutlar Ermənistan tərəfinin onlarda hərəkət edə biləcək hərbi texnikamızı və mövqelərimizi atəşə tuta bilməsinə şərait yaradır. Dolayısıyla ön xətt bölmələrimiz, birləşmə komandalarımız bunları nəzərə almalıdırlar. 

Bilməlidirlər ki, tərəflər arasında sülh sazişi olmadıqcə ermənilər hər an belə təxribatlar törədə, eyni zamanda, atəşkəsi poza bilərlər. Onlar xüsusən də, həmin ərazidə olan Azərbaycan Silahlı Qüvvələrini böyük çapda əməliyyata qarşılıq verməyə məcbur edəcəklər. Nəticə etibarilə yeni dislokasiya rayonlarımız yaranacaq. Bu Ermənistan tərəfindən hesablanmış böyük oyunun hissələridir". 

E.Şıxəliyevin fikrincə, Avropa İttifaqının heyətlərinin bu ərazidə olması, Fransa prezidentinin məlum müsahibəsi və SEPAH-ın Ermənistanın cənub sərhədlərində üç günlük təlimlər keçirilməsi fonunda rəsmi İrəvan aqressiv, sülh sazişini sabotaj edə biləcək bir vəziyyətə gəlib:

 "Avropa İttifaqının sərhəd məsələlərində yardımçı olacaq koordinasiya zirehli heyətlərinin təmas vəziyyətində olan məntəqələrdə fəaliyyətini icra etməsi də Ermənistanı bir az da cəsarətləndirəcək. 

O atəşkəsin pozulması hallarını daha da artıracaq. Hər bir halda sülh sazişinə gedilən bir yolda Ermənistan tərəfindən belə addımların atılması onun öz vəzifələrinin arxasından qaçması ilə nəticələnəcək" .