“TDT varsa, əlbəttə, gələcəkdə vahid, yaxud eyni struktura malik ordunun yaradılması istiqamətində addımlar atılmalıdır”
“Hərbi-texniki əməkdaşlıq daha da intensivləşəcək. Növbəti təlimlərdə iştirakçı dövlətlərin sayı artacaq"
"Təlimlər adətən tərəflərin razılaşmasından sonra 6 ay ya bir illik planların çərçivəsində gerçəkləşdirilir. Səmərqənd görüşündən (red.Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü) sonrakı mərhələdə TDT-ya daxil ölkələrin Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılmasında Türkiyə mərkəz rolunu oynayacaq".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
O bildirib ki, TDT-yə üzv digər ölkələrin hərbçiləri ilə birlikdə də təlimlərlərin baş tutmasını görəcəyik:
"Türkiyə Silahlı Qüvvələri NATO-un ikinci ən böyük quru ordusudur. Azərbaycan Ordusu da Türkiyə modelinə keçib.
TDT varsa, əlbəttə, gələcəkdə vahid, yaxud eyni struktura malik ordunun yaradılması istiqamətində addımlar atılmalıdır. Hərbi-texniki əməkdaşlıq daha da intensivləşəcək. Növbəti təlimlərdə iştirakçı dövlətlərin sayı artacaq".
Qeyd edək ki, Azərbaycan hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlərdə iştirak edirlər.
"21-ci Dönem Meskun Mahallerde Teröristle Mücadele Operasyonel Kursu” çərçivəsində təlimdə Türkiyə və Azərbaycanla yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstandan olan hərbçilər də var.