
Sabunçu sakinləri telefonsuz qalıb: 6 ildir şikayət edirik, xətt çəkilmir - GÜLÜNC BƏHANƏ
Yusif Nəzərli
15:20 14.12.2022
Aktual
760
Elçin Bayramlı:“Paylayıcı qutunun olmadığını söyləmək isə biabırçılıqdır”
“Şəhərlərarası danışıq da bahadır. Bu qədər yığımın müqabilində abonentləri keyfiyyətli xidmətlə, telefonla təmin etməlidilər"
"Rabitəsiz bir günümüz olmasın" dilimizdən düşməyən ifadələrdəndir. Amma elm və texnologiya dövrü adlandırdığımız XXI əsrdə yaşadığımıza rəğmən hələ də telefon xəttindən yararlana bilməyən sakinlər var. Özü də heç ucqarlarda deyil, elə paytaxtımızın necə deyərlər, düz “qulağının dibi”ndə - Sabunçu qəsəbəsi şəhər şosesi ünvanında.
Təəssüf ki, qəsəbədə yaşayan bir qrup sakinin mənzili indiyədək telefon xəttinə və internetə həsrət qalıb.
Redaksiyamıza daxil olan şikayətə görə, Sabunçu qəsəbəsi şəhər şosesi, döngə 5 ünvanında yaşayan sakinlərin bir qismində telefon və internet olduğu halda digər qismi bu imkandan faydalana bilmir.
Şikayətçi bildirir:
"6 ildir, şikayət edirik, hələ də telefon xətti çəkilmir. Sonuncu müraciətimizə cavab olaraq, yenə xəttin tezliklə çəkiləcəyini vəd ediblər. Telefon xətti bizim üçün vacibdir, amma heç kim maraqlanmır". Şikayətçinin dediklərinə görə, dəfələrlə Sabunçu rayon Telefon Qovşağına ərizə formasında müraciət ünvanlasalar da, tərpəniş yoxdur. Telefon Qovşağından "həmin ünvandakı paylayıcı qutuda əlavə nömrə üçün artıq yer qalmayıb" söyləyirlər. Həyatımızın elektronlaşdığı zəmanədə bir qrup sakin paylayıcı qutu olmadığına görə daha nə qədər telefon xətti olmadan yaşayacaq ?

Problemə münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq
Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, indiki dövrdə istənilən ucqar kənddə telefon xətləri asan şəkildə çəkilir. Paylayıcı qutunun olmadığını söyləmək isə biabırçılıqdır:
"Təzə paylayıcı qutunu əraziyə qoymaq çətin iş deyil. Telefon xətlərinin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır. Zəhmət çəkib, paylayıcı qutular yerləşdirməlidilər. Həmin ərazi mərkəzə yaxındır. Sadəcə özlərini əziyyətə salmaq istəmirlər. Bəhanələr isə tamamilə keçərsizdir.
Ümumiyyətlə, telefon rabitəsi baha qiymətə xidmət göstərir. Onsuz da heç kim istifadə etmir. Şəhərlərarası danışıq da bahadır. Bu qədər yığımın müqabilində abonentləri keyfiyyətli xidmətlə, telefonla təmin etməlidilər".
Qeyd edək ki, "Sherg.az" olaraq “Aztelecom” MMC-yə sorğu göndərdik. Sorğuya cavab veriləcəyi bildirildi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi