Qış aylarında xəstəliklər daha çox yayıldığı üçün qidalanmamıza diqqət yetirməliyik.
"Sherg.az" "Sabah.com.tr"-yə istinadən xəbər verir ki, xüsusilə, C vitamini ilə zəngin olan və immuniteti qorumağa kömək edən qidalar qışı sağlam keçirməyə yardımçı olur.
Qış aylarında qrip, boğaz ağrısı, öskürək, burun tıxanıqlığı kimi əlamətlər insanlarda narahatlıqlar yaradır. İmmuniteti zəif olan adamlar (hamilə qadınlar, uşaqlar və yaşlılar) daha pis nəticələrlə qarşılaşa bilərlər.
Xəstəliklərin qarşısını almaq üçün düzgün qidalanma ilə yanaşı gigiyena da vacibdir. İlk növbədə, əlləri tez-tez yumaq lazımdır. Təbii ki, bakteriya və viruslarla mübarizə aparmaqdan ötrü immunitet sistemi güclü olmalıdır.
Çay ağacı yağı da xəstəliyin ağırlaşmasının qarşısını almaqda effektivdir.
Darçın yağı da həmçinin tənəffüsə problem yaradan mikroblarla mübarizə aparır.
Evkalipt yağı isə qızdırma, öskürək və iltihabı azaldır. Bundan başqa, nanə yağı burun tıxanıqlığını aradan qaldırmağa kömək edir. Qızdırmanı salır.
Çobanyastığı yağı soyuqdəymə əlamətlərini azaltmaqda təsirlidir.
Soyuqdəymə və qripin qarşısını almaq üçün qazlı və şəkərli içkilər, süd məhsulları, spirtdən uzaq durmaq yaxşı olardı.
Həmçinin çoxlu meyvə yemək də xəstəliklə mübarizə aparmağa yardımçı olur. On lardan biri olan armud liflə zəngindir. Müntəzəm olaraq, yemək ürəyə də xeyirlidir.
Soyuqdəymə deyəndə ağıla ilk gələn digər bir meyvə portağaldır. Tərkibindəki C vitamini viruslarla mübarizə aparmağa kömək edir.
Heyva isə immunitetə fayda verməkdə alma və armudu da üstələyir.