Deputat kədərlidir:"Allah qardaşlığımızı heç vaxt sarsıtmasın"

"İlk yardım ekibi kardeş Azerbaycandan geldi" xəbər başlığının duyğusal və onursal ruhu tam başqadır! 
"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz sosial media hesabında yazıb.
Parlamentari qeyd edib ki, "Cumhurbaşkanı Aliyev Erdoğana taziye mesajında her türlü yardıma hazırız!" İfadəsinin məna yükü çox zəngindir:
"Allah birliyimizi, qardaşlığımızı heç vaxt sarsıtmasın. Kədərliyik, həm də qürurluyuq Azərbaycan adına!
Qeyd edək ki, Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb. Dağıntılar yeddi vilayətdə qeydə alınıb.