Yelena Zelenska:“Ukrayna səninlədir, Türkiyə!”

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı, birinci xanım Yelena Zelenska Əminə Ərdoğana müraciət edərək, “Əminə Ərdoğan, biz sizinləyik və sizə hər cür köməklik etməyə hazırıq” deyib.
“Sherg.az” xarici mediaya istinadən çatdırır ki, birinci xanım Zelenska mesajında “Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz və dualarımız Türkiyə ilə bağlıdır” kəlimələrindən istifadə edib.

“Minlərlə insanın ölümü və iztirabları - sözlə ifadə olunmaz ağrıdır. Əminə Ərdoğan, biz sizinləyik və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna səninlədir, Türkiyə”, - deyə o bildirib.

Mənbə: Hürriyət qəzeti